XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

25 Aprel 2017 - 10:18

Azərbaycan və Türkiyə ordusunun birgə döyüş təlimindən yeni xəbər –FOTO

Mayın 1-dən 5-dək keçiriləcək Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimlərində istifadə olunacaq silahların, hərbi və xüsusi texnika nümunələrinin sərgisi keçirilib.

Bu barədə Strateq.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təcrübəli mütəxəssislər tərəfindən şəxsi heyətə hərbi texnikaının istismarı, tətbiqi, döyüş və digər imkanları barədə məlumatlar çatdırılıb.

Qeyd edək ki, iki ölkə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçirilən birgə təlimlərdə şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edəcək.