XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

25 Aprel 2017 - 10:39

Azərbaycanda ibtidai siniflər üçün əlavə yaz tətili başlayır –Nazirlikdən açıqlama

Mayın 1-dən Azərbaycanda ibtidai siniflər üçün əlavə yaz tətili başlayır.

Strateq.az APA-ya istinadən bildirir ki, 1-5 may tarixlərini əhatə edəcək əlavə yaz tətili ibtidai siniflərə (I-IV sinif şagirdlərinə) şamil olunacaq. Əlavə yaz tətili 5 gün davam edəcək.

Qeyd edək ki, tədris ilində ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də yekunlaşacaq. Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr – 26 yanvar, ikinci yarımil 1 fevral – 14 iyun tarixlərini əhatə edir. Dərs ili ərzində payız tətili 5 gün (16-20 noyabr), qış tətili 5 gün (27-31 yanvar), ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyənləşib.