XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2015 - 09:17

“Zaman axarında”: “Mersedes”in rəsmi nümayəndəsi Araz Əlizadə və Heydər Əliyev: 25 il əvvəl – FOTO

heyder Aliyev Araz Elizade.jpg

Siyasətçi üçün əsas olan onun adı ilə yanaşı, fəaliyyətidir. Ad əgər fəaliyyətinə uyğun brendə çevrilirsə, onun uğuru qaçılmaz olur. Builki seçkilərdə Milli Məclisin yeni deputatı Araz Əlizadə oldu.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri... Bu mandat Araz Əlizadəyə təzə təmir olunmuş parlament binasına ilk dəfə girməsinə imkan versə də, iclas zalı onun üçün yeni deyil. Hələ 25 il əvvəl -1990-cı ildə Azərbaycan Ali Sovetinə keçirilmiş seçkilərdə Araz bəy deputat mandatı ala bilmişdi.  O qarmaqarışıq və ağır ildə… Açıqlanmış deputat siyahısında onun adının qarşısında  ““Mersedes-Daimler” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi” yazılmışdı. 90-lar üçün belə təqdimat ecazkar idi. Sağ müxalifətin ondan xoşu gəlmirdi, prezident  Ayaz Mütəllibova yaxınlığı onu “ağ qarğa”ya çevirmişdi. Buna baxmayaraq, Araz Əlizdə ö dövr üçün yaxşı siyasi karyera qurmağa macal tapdı. 1991-ci ildə SSRİ-nin Azərbaycanda yerləşən sovet ordusunun silahlarının təhvil-təslimi üçün yaradılan Dövlət Komissiyasının rəhbəri kimi Rusiya ilə danışıqları Araz Əlizadə aparmışdı. 1993-cü ildən sonra isə onun “sükut dövrü” başlandı. 2000-ci illərin əvvələrində yenidən siyasi meydana qayıdan A. Əlizadə üçün artıq siyasi olimpin yolları bağlı idi. Bu illərdə onun başı partiyadaxili intiraqlara və sağ müxalifətlə mübarizəyə qarşımışdı. Bir neçə dəfə deputat olmağa cəhd etsə də, alınmamışdı.       

Hələ Kommunist Partiyasının mövcud olduğu dövrdə sosial-demokrat kimi Ali Sovetə gələn Araz Əlizadə bu iclasların fəal çıxış edən deputatlarından idi.  “Dördüncü mikrofonun” işlədiyi zamanda onun qarşısında növbədə duranlardan biri də Araz Əlizadə olurdu… “Zaman axarında” layihəsində təqdim etdiyimiz bu fotoda olduğu kimi.

Fotoda: Azərbaycan Ali Sovetinin plenar iclası. 1991-ci il. Araz Əlizadə və Naxçıvandan seçilmiş deputat Heydər Əliyev…  

Xaqani SƏFƏROĞLU 

Strateq.az