ölənlər və yaralılar var
Səudiyyənin başçılıq etdiyi “ərəb koalisiyası”nın təyyarələri Yəmən paytaxıtnın qərb hissəsinə aviazərbələr endirib.
Strateq.az xarici KİV-ə isnadən bildirir ki, hücum nəticəsində güclü yanğın başlanıb. Hadisə yerinə xilasedicilər gəliblər. Ərzaq anbarları və Səna elm-texnika universitetinin nəzdindəki xəstəxana hava hücumuna məruz qalıb. ölənlər və yaralılar var.
Məlumat verilir ki, şəhərin tibb müəssisələri kəskin şəkildə dərman qıtlığı hiss edir.
Səna sakinləri yürüşə çıxaraq bu hərbi cinayətə son qoyulmasını tələb ediblər.