XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

25 Aprel 2017 - 16:21

Azərbaycan Yəmənə humanitar yardım göstərib –Açıqlama

Bu gün İsveçrənin Cenevrə şəhərində Yəməndə davam edən humanitar böhranla əlaqədar yardımın göstərilməsi məqsədilə BMT-nin Yüksək Səviyyəli Donor Konfransı keçirilib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə ölkəmizi Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev təmsil edib.

İslam həmrəyliyi prinsipinə daim sadiq olan və 2017-cil ili “İslam həmrəyliyi ili” elan edilən Azərbaycan tərəfindən genişmiqyaslı humanitar böhranın yaşandığı Yəmənə Donor Konfransı əsnasında humanitar yardım göstərildiyi qeyd olunub.