XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

25 Aprel 2017 - 17:21

Cocuq Mərcanlıda top mərmisinin döyüş başlığı və mina aşkar edildi –ANAMA-dan günlük hesabat

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə bügünkü hesabatını açıqlayıb.

ANAMA-dan Strateq.az-a verilən məlumata görə, gün ərzində kənddə 1 344 ədəd qəlpə, 1 ədəd 122 mm-lik Ş-1 top mərmisinin döyüş başlığı (DTM-75) və 1 ədəd piyada əleyhinə OZM-72 minası aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 37 682 kv.m ərazi yoxlanılıb.