XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

25 Aprel 2017 - 17:48

Dəmiryolçular Həmkarlar Komitəsinə yenidən sədr seçdi –Konfrans + FOTO

Bu gün Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (MHİRK) XXIII hesabat-seçki konfransı keçirilib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Strateq.az-a verilən məlumata görə, MHRİK-in sədri Fəzail Bağırov “Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (MHİRK) 2012-ci ilin aprel ayından 2017-ci ilin aprel ayına qədər olan dövr üçün hesabat” məruzəsi ilə çıxış edib.

Konfransın işində iştirak edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, AHİK-in sədri Səttar Mehbalıyev, tədbirə qonaq qismində qatılan  Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının baş katibi Gennadi Kosolapov, Rusiya Dəmiryolçularının və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqının sədr müavini Natalya Burova, Oktyabr Dəmir Yolu Həmkarlar İttifaqının sədr müavini Tatyana Şebalova çıxış edərək, MHİRK-in beşillik fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Daha sonra Fəzail Bağırov növbəti dəfə Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilib.