XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

25 Aprel 2017 - 22:14

Rus hərbçini qətlə yetirən şəxs həbs edilib –Ermənistanda

İrəvan məhkəməsi Gümrüdə rusiyalı hərbçini qətlə yetirməkdə ittiham olunan Arman Cancuqazyanı həbs edib.

Bu barədə “TASS”a Ermənistan İstintaq Komitəsindən bildirilib.   

“Şübhəli şəxsə “qətl” maddəsi üzrə ittiham irəli sürülüb. İstintaqın vəsatəti əsasında birinci instansiya məhkəməsi onun barəsində həbs  qətimkan tədbiri seçib”, – deyə qurumdan bildirilib.

Qeyd edək ki, C.Ancuqazyan bir müddət əvvəl qismən anlaqlı və hərbi xidmətə yararsız  hesab edilib.  

Martın əvvəlində ekspertiza onda müəyyən psixi problemlərin olduğunu müəyyən edib. Bundan sonra o qismən anlaqlı hesab edilib və müdafiə nazirinin əmri ilə ordu sıralarından tərxis olunub.     

APA