XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 April 2017 - 23:59

ABŞ Türkiyənin PKK-nı bombalamasını pislədi –Dövlət Departamentinin rəsmisindən açıqlama

Türkiyə Suriya və İraqa zərbələri ABŞ  və Vaşinqtonun rəhbərlik etdiyi koalisiya ilə razılaşdırmadan endirib.

Strateq.a APA-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Mark Toner bildirib.

"Bu zərbələr koalisiya tərəfindən dəstəklənməyib və "Peşmərgə”nin üzvləri də daxil olmaqla,  İŞİD-lə mübarizədə tərəfdaşlarımızın faciəvi ölümünə səbəb olub”, – deyə Toner bildirib.

Onun sözlərinə görə, İraq ərazisində bütün hərbi əməliyyatlar bu ölkənin suverenliyinə xələl gətirməməlidir.

"Türkiyənin və İŞİD-lə mübarizə aparan digər tərəfdaşlarımızın addımlarının əlaqələndirməsi  həyati əhəmiyyət daşıyır”, – deyə Toner qeyd edib.   

Qeyd edək ki, Türkiyə Hərbi-Hava Qüvvələri bu gün kürd terror qruplaşmalarının (PKK, PYD, YPG) Suriya və İraqdakı mövqelərinə güclü zərbələr endirib. Terrorçular arasında xeyli itkilərin olduğu bildirilir.