XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

26 Aprel 2017 - 13:16

“Neftçi”yə texnikiməğlubiyyət verilib

AFFA-nın İntizam Komitəsinin iclasında futbol üzrə Azərbaycan Premyer Liqasının XXVII turunda “Zirə” ilə qarşılaşan “Neftçi”yə texniki məğlubiyyət verilməsi haqqında qərar qəbul edilib.

Klubdan Azərtac-a bildiriblər ki, oyunun 68-ci dəqiqəsində Ruslan Abışovun əvəzinə meydana Huqo Barqasın daxil olması ilə legioner limitinin pozulması buna səbəb olub.

“Neftçi” AFFA-nın İntizam Komitəsinin qərarına hörmətlə yanaşıb və buna etiraz etməyib.

Bu səhvə görə əsas komandanın məşqçilər heyəti cərimələnəcək.

Qeyd edək ki, oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.