XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 April 2017 - 13:49

“Bakı-2017”:"Azərbaycan millisi ilə qarşılaşacaq Qırğızıstan yığmasının heyəti açıqlanıb"

Mayın 12-22-də Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarında qadın voleybolçular arasında yarışda millimiz ilə qarşılaşacaq Qırğızıstan yığmasının heyəti açıqlanıb.

Azərtac xəbər verir ki, heyətdə toppaylayıcılar -Anastasiya İltner, Mədinə Mirlanqızı (hər ikisi “Salam-Alik”), hücumçular – Yuliana Morozova (“Dordoy-Namıs”); Nailə Əliyeva (“Salam-Alik”), Altınay Samatqızı (“Ular”), blokçular – Marina Qrişayeva, Anastasiya Yevolenko (hər ikisi “Salam-Alik”), Aydana Abdıkadırqızı (“Qorod Oş-Datka”) və libero – Aliyə Şumkarbekova (“Salam-Alik”) yer alıblar.

IV İslam Həmrəyliyi Oyunlarında qadın voleybol komandalarının yarışında Azərbaycan, Qırğızıstan, Türkiyə, Kamerun və Tacikistan birincilik uğrunda mübarizə aparacaq.