“Akkord Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyəti ölkəmizdə geyim istehsalı üzrə fəaliyyət göstərən iri müəssisələrdən biridir. Müəssisə xarici ölkələrlə əlaqələrini ilbəil genişləndirir.
Belə ki, İtaliyanın “Elle-Elle” şirkəti ilə əməkdaşlıq edən “Akkord Tekstil” məhsullarını artıq “Made in Azerbaijan” brendi ilə Avropa bazarlarına da çıxaracaq.
Azərtac xəbər verir ki, bu günlərdə “Akkord Tekstil” fabriki ilə İtaliyanın “Elle-Elle” şirkəti arasında 50 min ədəd köynəyin ixracına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, “Akkord Tekstil” MMC-nin “Made in Azerbaijan” brendi altında istehsal etdiyi köynəklər “Alesandro Gattuso”, “Coveri”, “Harrods”, “Tad Willams”, “Regard”, “Tessuti”, “Elegant”, “Respect” və digər məşhur ticarət markaları ilə yerli və xarici bazarlarda satılacaq.