XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 April 2017 - 17:37

Paytaxtın bir prospekt və bir küçəsində rənglənmə işləri aparılacaq- Xəbərdarlıq

Aprelin 26-da axşam saat 22:00- dan etibarən paytaxtın Xətai rayonu, Nobel prospekti, Nərimanov rayonu Həsən Əliyev küçəsində (Ceyhun Hacıbəyli küçəsindən Əliyar Əliyev küçəsinə kimi) "Azəravtoyol” ASC tərəfindən üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

ASC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, görülən işlər səhər saatlarınadək yekunlaşdırılacaq.

"Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.