Qanlı olayda İŞİD-in əli olduğu ehtimal edilir
Misirdə terrorçuların Sinay yarımadasındakı blokposta hücumu nəticəsində 10 hərbçi həlak olub.
Strateq.az xarici mətbuata əsasən xəbər verir ki, yerli müşahidəçilər terrorçuların İraqla Suriyanın xeyli hissəsinə nəzarət edən İŞİD-lə bağlı olduğunu ehtimal edirlər, bununla belə, hələlik qruplaşmalardan heç biri hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.