XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 April 2017 - 18:17

“Google” rəyləri istifadəçi dilinətərcümə edəcək

"Google" yerli idarə və şirkətlər haqqında rəyləri onlara baxan istifadəçinin dilinə tərcümə edəcək yeni funksiyanı istifadəyə verib.

Azərtac "Searchengines" resursuna istinadla xəbər verir ki, tərcümə "Google Maps" əlavəsində və ya axtarış sistemində sorğu verilən zaman avtomatik həyata keçiriləcək. Rəylər qurğuda quraşdırılan dildə göstəriləcək. Əvvəlcə tərcümə olunan, daha sonra orijinal versiya təqdim olunacaq.

Yeni funksiyadan yararlanmaq üçün "Google Maps" proqramını və axtarış əlavəsini sonuncu versiyayadək yeniləmək tələb olunur.