XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

02 Noyabr 2015 - 17:08

“Elektron Hökumət” portalında daha bir yenilik

mobil-telefon.jpg

Artıq “İl ərzində rabitə xidmətləri üzrə ödənişlər haqqında arayış”ı “Elektron Hökumət” portalında formalaşdırmaq mümkündür.

Trend Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinə istinadən məlumat verir ki, sözügedən arayışda istifadəçinin il ərzində rabitə xidmətləri üzrə aparılan ödənişlər əks olunur.

Qeyd edək ki, “İl ərzində rabitə xidmətləri üzrə ödənişlər haqqında arayış”ı həm qısa, həm də geniş formada əldə etmək mümkündür. Arayışda vətəndaşa aid bir sıra fərdi məlumatlar: telefon nömrəsinə aid ünvan, telefon nömrəsinin aid olduğu Telefon Qovşağı, müqavilənin bağlanıldığı tarix, cari borc barədə məlumatlar da öz əksini tapır. Buna görə də elektron çıxarışı əldə etmək üçün ilk olaraq “Elektron Hökumət” portalında (e-gov.az) qeydiyyatdan keçmək lazımdır. “İl ərzində rabitə xidmətləri üzrə ödənişlər haqqında arayış”ı portalda qeydiyyatdan keçdikdən sonra “Elektron çıxarışlar” (arayışlar) bölməsinə daxil olaraq formalaşdırmaq mümkündür.

İndiyədək portal vasitəsilə 10 adda elektron çıxarışlar vətəndaşlar tərəfindən istifadə olunurdu. Beləliklə, artıq “Elektron Hökumət” portalı üzərindən 11 növ elektron arayışı formalaşdıraraq çap etmək, yaxud elektron şəkildə aidiyyəti quruma göndərmək mümkün olacaq.