XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

26 Aprel 2017 - 20:01

ANAMA:"Cocuq Mərcanlıda 45 min 916 kvadratmetr ərazi yoxlanılıb"

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri aprelin 26-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1390 qəlpə aşkar ediblər. Mina və partlamamış hərbi sursat aşkar edilməyib. Ümumilikdə 45 min 916 kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-dan Strateq.az-a bildiriblər ki, 68 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. Otuz partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 2 milyon 320 min 317 kvadratmetr ərazi yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Agentlik tərəfindən yanvarın 1-dən aprelin 26-dək 5135 partlamamış hərbi sursat, tank əleyhinə 108 mina və piyada əleyhinə 11 mina aşkar olunaraq zərərsizləşdirilib. Cəmi 2 milyon 379 min 81 kvadratmetr ərazi yoxlanılıb.