XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 April 2017 - 20:14

Səyyar “ASAN xidmət” Naftalanda olacaq- Bu tarixdə

Səyyar “ASAN xidmət” mayın 1-dən 30-dək Naftalan şəhərində vətəndaşlara xidmət göstərəcək.

Naftalan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən xüsusi avtobuslar vasitəsilə göstəriləcək xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunacaq.

Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Qeyd edək ki, səyyar “ASAN qatar” isə mayın 1-dən 15-dək Ağdaşda Ləki stansiyasında vətəndaşlara xidmət göstərəcək.