XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

26 Aprel 2017 - 21:07

“Wemogee”:yeni mobil əlavə hazırlanıb

"Samsung"un İtaliya bölməsi loqoped Françesko Polini ilə əməkdaşlıqda mətnli ifadələri smaylik birləşmələri ilə əvəzləməyə imkan verən "Wemogee" adlı yeni mobil əlavə hazırlayıb. Ondan məlumat mübadiləsi üçün messencer kimi istifadə mümkündür.

Azərtac "4PDA" saytına istinadla xəbər verir ki, ABŞ Milli Afaziya Assosiasiyasının məlumatına görə, iki milyona yaxın amerikalı afaziyadan əziyyət çəkir və hər il bu xəstəlik 180 min nəfərdə əmələ gəlir. Əksər belə xəstələr ünsiyyət üçün jestlərdən, şəkil çəkməkdən və ya qrafik lövhələrdən istifadə edir. "Wemogee" proqramı məhz belə insanların həyatını sadələşdirmək məqsədilə hazırlanıb.

Proqram tərtibatçılarının sözlərinə görə, bu, emosiyalar əsasında afaziya xəstələrinin ünsiyyəti üçün nəzərdə tutulan ilk messencerdir. Əlavə vizual və mətnli olmaqla iki rejimlidir. Afaziya xəstəsi olan istifadəçilər 6 kateqoriyaya bölünən 140 mindən çox ifadənin ötürülməsi üçün yaradılan smaylikləri görürlər. "Wemogee" əvvəlcə smaylik birləşmələrini digər istifadəçilər üçün mətnə, daha sonra onların cavablarını yenidən smayliklərə çevirir.

Hazırda yalnız ingilis və italyan dillərini dəstəkləyən proqramın aprelin 28-də "Android", sonradan "iOS" versiyasının işıq üzü görəcəyi gözlənilir.