XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 April 2017 - 09:58

İsrail Dəməşq aeroportundakı hərbi bazanı vurdu –Güclü partlayış olub

İsrail Hərbi Hava Qüvvələri aprelin 27-də gecə Dəməşq beynəlxalq aeroportu ərazisində obyektlərdən birinə hücum edib.

"Əl-Ələm" telekanalının verdiyi məlumata görə, həmin ərazidə yerləşən hərbi bazaya hava zərbələri endirilib.

Hücum nəticəsində böyük yanğın baş verib.

Güclü partlayış səsləri Suriya paytaxtının ətraf ərazilərində də eşidilib.

Suriya hərbi komandanlığı tərəfindən hələlik hər hansı açıqlama verilməyib.

APA