XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

27 Aprel 2017 - 11:44

Nazirlikdən Samur meşəsində baş verən yanğınla bağlı açıqlama:"Gücləndirilmiş iş rejiminə keçilib"

Rusiya-Azərbaycan sərhədində – Samur meşəsində baş verən yanğınla əlaqədar Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları gücləndirilimiş iş rejiminə keçib. 

Nazirliyin mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Dağıstan tərəfdə, Samur meşəsində baş verən yanğın Azərbaycan ərazisinə keçməyib: "Hazırda yanğının Azərbaycan ərazisinə keçmək təhlükəsi olmasa da, nazirliyin müvafiq qurumları gücləndirilmiş iş rejiminə keçib".

Xatırladaq ki, aprelin 26-da Rusiya-Azərbaycan sərhədində yerləşən Samur meşəsində yanğın başlayıb. Dağıstan Fövqəladə Hallar Nazirliyi böyük yanğının qarşısını almaq üçün hadisə yerinə helikopter göndərib. Olay yerində artıq 50 nəfər və iki ədəd texnika işləyir. Yerli sakinlər də yanğının söndürülməsində yanğınsöndürənlərə kömək edir.