XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

27 Aprel 2017 - 12:33

Sabah hava necə olacaq? –Proqnoz

Aprelin 28-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, sabah mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-11° isti, gündüz 17-22° isti, Bakıda gecə 8-10° isti, gündüz  20-22° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan yüksək  770 mm civə sütunundan 767 mm civə sütununa enəcək.  Nisbi rütubət   gecə 70-80 %, gündüz  40-50 %  təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 7-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacağı gözlənilir.