XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

27 Aprel 2017 - 12:57

“Botaş International Limited” şirkətinin rəhbərliyi BANM-də olub –FOTO

Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin rektoru Elmar Qasımovla Türkiyənin "Botaş International Limited (“BIL”)" şirkətinin prezidenti Erdoğan Tozan və Maliyyə və inzibati məsələlər üzrə direktoru Əhməd Akın arasında görüş keçirilib.

Bu barədə Strateq.az-a BANM-dan məlumat verilib.

Bildirilib ki, görüşdə sözügedən şirkət haqqında məlumat verilib və fəaliyyət və əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Azərbaycanla Türkiyənin qardaş ölkələr olduğunu deyən BANM-in rektoru Elmar Qasımov iki ölkə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində geniş əlaqələrin mövcud olduğunu bildirib.

O, BANM tələbələrinin Türkiyənin bir sıra müəssisələrində hər il təcrübə keçdiyini bildirərək, belə bir imkanın Botaş tərəfindən yaradılması potensialının araşdırılmasını təklif edib.

Rektor qeyd edib ki, bu kimi təlimlər Ali Məktəbin tələbələrinin inkişafina xidmət edəcəkdir. Şirkətin baş direktoru Erdoğan Tozan da öz növbəsində bu təklifə müsbət yanaşdıqlarını vurğuladı və məsələnin həlli istiqamətində əlindən gələn dəstəyi göstərəcəklərini bildirib.

Qeyd edək ki, Botaş International Limited şirkəti neft-qaz sektorunda xarici tərəfdaşlarla səmərəli əməkdaşlığın genişləndirilməsi məqsədi ilə BOTAŞ tərəfindən yaradılmışdır. Şirkətin ən böyük və əhəmiyyətli layihələrindən biri də Bakı-Tbilisi-Ceyhan layihəsidir. Şirkət eyni zamanda TANAP layihəsində də iştirak edir.