XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

27 Aprel 2017 - 14:53

Bakıda avtobus və taksi sürücüləri, sərnişin və piyadalar üçün xüsusi tələblər hazırlanıb –Ekspert

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda daşıyıcılar, avtobus, taksi sürücüləri, sərnişinlər, piyadalar üçün xüsusi tələblər işləyib hazırlayıb. Həmin tələblərin qanuni qüvvə alması üçün BNA müvafiq sənədləri aidiyyəti qurumlara göndərib.

Bunu “Bakıda nəqliyyat sisteminin modernləşdirilməsi: mövcud vəziyyət və gələcək planlar” mövzusunda təşkil edilmiş tədbirdə hüquqşünas-ekspert Ərşad Hüseynov bildirib.

“BNA indiyədək bir taksi və avtobus sürücülərinin intizamlı olmasına çalışır. Əgər sürücü yol hərəkət qaydalarını, nəqliyyatdan düzgün istifadə qaydalarını bilirsə, ən yaxşı sürücüdür. Eyni zamanda, daşıyıcı və ya sahibkara da heç bir problem yaratmır. Bu baxımdan, sürücülər də öz işlərinin düzgün yerinə yetirilməsində maraqlı olmalıdırlar”, – Ə.Hüseynov bildirib. 

Report