XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 April 2017 - 15:56

“Beş mərtəbə” dairəsi ləğv olunaraq parka birləşdirilib –FOTO

Yasamal rayonu Akademik Milli Dram teatrının və "Təzəpir" məscidi kompleksinin ətrafında aparılan yenidənqurma işləri çərçivəsində "Beş mərtəbə" dairəsi ləğv olunaraq park ərazisinə birləşdirilir.

Bunu "APA-Economics"ə açıqlamasında "Azəravtoyol" ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, artıq bu gündən etibarən sözügedən dairəyə Azərbaycan prospekti tərəfdən daxil olmaq məhdudlaşdırılıb:

"Nəqliyyat vasitələri Səməd Vurğun küçəsi ilə kəsişmədə yaradılan yeni geri dönmə hissədən istifadə edərək hərəkətlərinə davam edə bilərlər".