XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

27 Aprel 2017 - 16:57

Zaxarovadan nazirlərin görüşü haqda açıqlama:"Fikir mübadiləsi aparılacaq"

Sabah Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, sabahkı görüşün müəyyən mərhələsinə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Anjel Kaspşik də qatılacaq: "Görüşdə Dağlıq Qarabağ münaqişəsi tərəflərinin mövqeləri dinləniləcək, münaqişənin nizamlanması ilə bağlı fikir mübadiləsi aparılacaq".

APA