Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bu gün apardığı əməliyyat haqda günlük hesabat açıqlayıb.
ANAMA-dan Strateq.az-a verilən məlumata görə, bu gün ərzində 1 262 ədəd qəlpə, 1 ədəd RQD-5 əl qumbarası və 1 ədəd piyada əleyhinə OZM-72 minası aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.