XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

27 Aprel 2017 - 17:54

Baş prokurorun müavini:"Korrupsiya ilə bağlı 50 cinayət işi məhkəmələrə göndərilib"

 

Cari ilin dörd ayında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində 55 şəxs barəsində 50 cinayət işi istintaq olunub, məhkəmələrə göndərilib.

Bu barədə Azərbaycan Respublikası baş prokurorunun müavini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev məlumat verib.

K.Əliyev bildirib ki, hazırda Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində 121 cinayət işi üzrə ibtidai istintaq aparılır:

"Bundan başqa, müxtəlif məlumatlar, o cümlədən vətəndaşların, dövlət qurumlarının müraciətləri var. Bunlarla da bağlı ilkin, yəni, cinayət işi başlanana qədər olan araşdırmalar və qabaqlayıcı tədbirlər həyata keçirilir".

Azertac