XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

27 Aprel 2017 - 19:03

Azərbaycanla Monteneqro arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında saziş imzalandı –FOTO

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti Monteneqronun Podqoritsa şəhərində səfərdədir.

DMX-nin mətbuat xidmətindən verilən məlumata görə, səfər zamanı miqrasiya, o cümlədən əmək miqrasiyası, onlara təsir edən amillər, bu prosesin tənzimlənməsi mexanizmləri, bu sahədə olan qanunvericilik bazası və digər məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Daha sonra DMX rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti Monteneqronun daxili işlər naziri Mevludin Nuhodziclə görüşüb.

Sonra “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş”in imzalanma mərasimi keçirilib.

Sazişi Azərbaycan Prezidentinin 2016-cı il 14 dekabr tarixli Sərəncamına əsasən “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” layihəsini Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyəti verilmiş Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev və Monteneqro tərəfindən daxili işlər naziri Mevludin Nuhodzic imzalayıblar.

Strateq.az