XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

27 Aprel 2017 - 21:54

Rusiyadan İsrailə xəbərdarlıq:"Təxribatlardan uzaq durulmalıdır"

"Regionda gərginliyi artıracaq təxribatlardan uzaq durulmalıdır".

Bu sözləri Kreml sözçüsü Dmitri Peskov İsrailin Dəməşq Hava Limanına endirdiyi aviazərbə ilə bağlı açıqlama verərkən deyib.

“Suriyanın suverenliyinə hörmət edilməsinin tərəfdarıyıq. Əvvəldən bildirdiyimiz kimi, gərginliyi artıran təxribatlardan uzaq olmalıyıq”, – Rusiya rəsmisi bildirib.

Qeyd edək ki, bu gün Dəməşq aeroportunda İranın göndərdiyi və Hizbullaha məxsus silah anbarı İsrailin hava zərbəsi ilə məhv edilib/Axar.az.