XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

02 Aprel 2015 - 09:03

Polis rəisinin polis oğlu cəzalandırıldı

Azərbaycanda polis rəisinin oğlu cəzalandırılıb.

Bu barədə Report-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, Nizami Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru Bəkir Qarayev apardığı cinayət işlərinin istintaqını həyata keçirərkən nöqsanlara yol verdiyinə görə, işdən çıxarılaraq daha aşağı vəzifəyə təyin edilib. Daxili əmrə əsasən, B.Qarayev Xətai RPİ-nin 37-ci Polis Bölməsinə əməliyyat müvəkkili təyin olunub.

Qeyd edək ki, keçmiş müstəntiq B.Qarayev Ağdaş Rayon Mühafizə İdarəsinin rəisi polis polkovniki Qabil Qarayevin oğludur.