XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

27 Aprel 2017 - 23:53

Prezidentliyə namizədin deputat toxunulmazlığı ləğv edilə bilər –Marin Le Penlə bağlı yeni xəbər

Avropa Parlamentinin hüquqi məsələlər üzrə komissiyası Fransanın radikal sağçı "Milli cəbhə" partiyasının sədri, həmçinin prezidentliyə namizəd Marin Le Penin deputat toxunulmazlığını ləğv edə bilər.

"Sputnik Azərbaycan" bu barədə "Yeni Şafak" qəzetinə istinadən xəbər verir.

AP-dəki müzakirənin iyun ayında başlaması nəzərdə tutulur.

Xatırladaq ki, aprelin 18-də Avropa Parlamenti Marin Le Penin deputat toxunulmazlığının ləğvi ilə bağlı Fransadan bildiriş almışdı.