XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

28 Aprel 2017 - 07:38

Lavrov və Tillerson arasında görüş baş tuta bilər –Alyaskada

Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Reks Tillerson arasında Alyaskada görüş baş tuta bilər.  Bu barədə Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov bildirib.   

“Görüşün keçirilməsi imkanları nəzərdən keçirilir. Sözsüz ki bu, Moskvadakı müzakirələrin yaxın gələcəkdə davam etdirilməsi üçün fürsətdir”, – deyə diplomat bildirib.

“Bəzi suallar artıq Moskvadakı görüşdən sonra ortaya çıxıb. Suriya və ciddi fikir ayrılığının olduğu digər aspektlərə dair danışıqları davam etdirməyə zərurət var”, – deyə Ryabkov bildirib

“Ümid edirik görüşü təşkil etmək mümkün olacaq”, – deyə nazir müavini qeyd edib.  (APA)