XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

28 Aprel 2017 - 12:20

AMEA-nın ümumi yığıncağı keçirilir:Ramiz Mehdiyev tədbirdə iştirak edir – YENİLƏNİB

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı keçirilir.

 Yığıncaqda AMEA-nın prezidenti Akif Əlizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının humanitar məsələlər şöbəsinin müdiri Fatma Abdullazadə, baş nazirin müavini Elçin Əfəndiyev, dövlət və hökumət rəsmiləri, komitə sədrləri və başqa qonaqlar iştirak edir.

 Tədbirdən öncə Akif Əlizadə və Ramiz Mehdiyevin rəhbərliyi ilə qonaqlar akademiyanın fəaliyyətini əks etdirən elmi-nailiyyətlər sərgisi ilə tanış olublar. Ümumi yığıncaqda AMEA Rəyasət Heyətinin 2016-cı il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat, Nizami Gəncəvi adına Qızıl medalının və AMEA-nın adlı mükafatlarının təqdimatı nəzərdə tutulub.

 Qeyd edək ki, bu il AMEA-nın ümumi yığıncağı 2 dəfə – aprelin 28-i və mayın 2-də keçiriləcək. Mayın 2-də olacaq AMEA-nın Rəyasət Heyətində baş tutacaq Ümumi yığıncaqda isə AMEA-nın həqiqi və müxbir üzvlüyünə, vitse-prezident və AMEA-nın İctimai Elmlər, Fizika-Riyaziyyat və Texnika Elmləri bölmələrinin akademik-katibi vəzifələrinə seçkilər keçiriləcək. (APA)

***

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən yığıncağında çıxış edən AMEA prezidenti Akif Əlizadə bildirib ki, tədbirdə akademiyanın 54 həqiqi üzv və 103 müxbir üzv iştirak edir.

O, AMEA-nın 2016-cı il aprelin 29-da keçirilən sonuncu ümumi yığıncağından sonra 12 üzvünün vəfat etdiyini deyib. A. Əlizadə vurğulayıb ki, 2016-cı il dünyada və regionda baş verən bir sıra mürəkkəb proseslərlə yadda qalıb: “Dünyanı bürümüş problemlər, proseslər, münaqişələr, narahatlıq yaradır. Azərbaycanda isə bu dövrdə sülh və sabitlik hökm sürüb. 2016-cı ildə multikulturalizm ili çərçivəsində müxtəlif tədbirlər keçirilib. Bu il çərçivəsində Azərbaycanın multikulturalizm siyasəti bütün dünyaya çatdırılıb. Bir sözlə, bəzi mürəkkəbliklərə baxmayaraq ölkəmiz dinamik inkişaf etməkdədir”. 

AMEA prezidenti qeyd edib ki, bu gün Azərbaycandakı bütün elmi işçilərin 30%-i akademiyada çalışır.