XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

28 Aprel 2017 - 11:42

QHT-lərin nağdsız ödənişlə bağlı problemi həll olundu –Rəsmi açıqlama veriləcək

1 yanvar 2017-ci il tarixindən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minib.

Bununla da vergi ödəyiciləri üçün nağdsız hesablaşmaların aparılmasına dair xüsusi rejim müəyyən edilib.

Banklar Maliyyə Bazarlarına Nəzarət Palatasının məktubuna istinad etməklə, qanunvericiliyə əsasən hətta Qeyri-Hökumət Təşkilatlarına göstərməli olduqları bank xidmətlərinin əhatə dairəsini məhdudlaşdırıblar. Nəticədə ölkədə dövlət tərəfindən maliyyələşdirilən yüzlərlə qeyri-hökumət təşkilatının ictimai əhəmiyyətli layihələrinin icrasında qeyri-müəyyənliklər meydana çıxıb. Buna səbəb isə “Nağdsız hesablaşmalar haqqında” qanunun 3.4.7-ci maddəsinə istinad edilərək donor qurumları tərəfindən ayrılmış vəsaitin rəsmiləşdirilməsini nəzərdə tutan qrant müqaviləsinin dövlət satınalma müqaviləsi kimi qiymətləndirilməsidir. Bu səbəbdən QHT-lər ictimai əhəmiyyətli layihələrin həyata keçirilməsi ilə bağlı yaranmış çətinliyin aradan qaldırılması və qanunvericiliklə müəyyən edilmiş 15 min manatadək məbləğdə hesablaşmaların nağd qaydada aparılmasının təmin olunmasına dair dövlət başçısından müvafiq göstəriş verməsini xahiş ediblər.

Kommersiya banklarından Modern.az-a daxil olan məlumata görə, narazılıqlar nəzərə alınaraq problem həll edilib. Məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən banklara qeyri-rəsmi göstəriş verilib. Bununla bağlı yaxın saatlarda rəsmi qərar veriləcəyi gözlənilir.

Maliyyə Bazarlarına Nəzarət Palatasından Modern.az-a bildirilib ki, hazırda 1 yanvar 2017-ci ildə qəbul olunan qanun qüvvədədir və dəyişən heç nə yoxdur.