XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

28 Aprel 2017 - 11:57

XİN Mariya Zaxarovaya cavab verdi:“Sual verən jurnalisti düzgün başa düşmək lazımdır”

"Dilqəm Əsgərovun taleyi barəsində suallarla müraciət edən jurnalistləri düzgün başa düşmək və anlayışla qəbul etmək lazımdır".

 APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev rusiyalı həmkarı Mariya Zaxarovanın erməni girovluğunda olan Rusiya vətəndaşı Dilqəm Əsgərovun taleyi ilə bağlı APA-nın Moskva müxbirinin sualına aqressiv reaksiya verərək, Azərbaycan jurnalistlərinin ünvanına xoşagəlməz ifadələr işlətməsinə münasibət bildirərkən deyib.

 "Nəzərə almaq lazımdır ki, Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi Azərbaycan xalqının daim diqqət mərkəzində olan məsələdir. Kütləvi informasiya vasitələri də ictimai rəyin güzgüsüdür". – deyə H. Hacıyev vurğulayıb.