XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 November 2015 - 11:00

Müdafiə naziri Qazaxstana getdi

 

zakir.jpg

Noyabrın 3-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasının müdafiə naziri İmanqali Tasmaqambetovun dəvəti ilə bu ölkəyə rəsmi səfərə yola düşüb.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Qazaxıstanın Müdafiə Nazirliyində görüşləri, hərbi təhsil müəssisələri və hərbi hissələrə ziyarətləri nəzərdə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi təhsil, hərbi-texniki sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektiv istiqamətlərinin nəzərdən keçirilməsi, müdafiə və təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.

Səfər noyabrın 5-dək davam edəcək.