XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Aprel 2017 - 17:29

Ərdoğan yenidən hakim Ədalət və İnkişaf Partiyasına üzv olacaq –QƏRAR

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 2-də yenidən hakim Ədalət və İnkişaf Partiyasına üzv olacaq.

Anadolu informasiya agentliyi xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım bildirib. “Mayın 2-də parlament fraksiyasının toplantısında prezidentin üzvlüyü barədə qərar qəbul edəcəyik”, – deyə Baş nazir qeyd edib.

Bir qədər əvvəl prezidentin mətbuat katibi İbrahim Kalın Türkiyə liderinin aprelin 16-da keçirilən konstitusiya referendumunun yekun nəticələri elan edildikdən sonra hakim partiyaya üzv olmağa hazırlaşdığını deyib. Türkiyə KİV-ləri Ərdoğanın mayın 21-də keçiriləcək növbədənkənar partiya konqresində sədr postuna qayıda biləcəyini yazırlar.

Ədalət və İnkişaf Partiyasının banisi Rəcəb Tayyib Ərdoğan 2014-cü ildə ölkə prezidenti seçildiyi üçün təşkilatı tərk etməyə məcbur olmuşdu. Referendumda qəbul olunan konstitusiya düzəlişlərinə əsasən, bundan sonra prezident öz siyasi partiyasında qala bilər.