XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

28 Aprel 2017 - 17:44

Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşına hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda həbs edilən Rusiya vətəndaşı, erməni əsilli Marat Ueldanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 APA-nın xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə qapalı keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, M. Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2016-cı il iyulun 28-də Bakıda Rusiya vətəndaşı Marat Ueldanov saxlanılıb. Ona qarşı narkotiklərin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra Ermənistan mətbuatı və Rusiyadakı ermənipərəst KİV M. Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya M. Ueldanov erməni olduğuna görə saxlanılıb. Bacısının dediyinə görə, Marat həyat yoldaşının soyadını götürüb.