XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 April 2017 - 20:17

ATƏT sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Qazaxda olub

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Mixail Olaru aprelin 27-də Qazax rayonunda olublar.

AZƏRTAC xəbər verir ki, Qazax Rayon İcra Hakimiyyətində keçirilən görüşdə Ermənistan qoşunlarının tez-tez atəşkəs rejimini pozması nəticəsində yaranan problemlər və cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər barədə məlumat verilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bildirib ki, Ermənistan silahlı birləşmələri daim atəşkəs rejimini pozmaqla təmas xəttinə yaxın yaşayış məntəqələrinin dinc əhalisinin təsərrüfat işləri ilə məşğul olmasına maneçilik törətməyə cəhd göstərirlər. Lakin yaranan çətinliklərə baxmayaraq, rayonda həyat öz axarı ilə davam edir.

Monitorinq qrupunun üzvləri səmimi qəbul və ətraflı məlumat üçün minnətdarlıqlarını bildiriblər.