Xəzər dənizində zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Azərtac-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 22:58:10-da qeydə alınıb.
Ocağı 37 km dərinlikdə yerləşən zəlzələ 3.1 maqnituda gücündə olub. Zəlzələ hiss olunmayıb.