XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 April 2017 - 10:32

Əcnəbilər daha çox Azərbaycanın hansıali məktəblərini seçir?

Azərbaycanda təhsil alan əcnəbi tələbələr daha çox Azərbaycan Tibb Universitetini seçiblər.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 2016-2017-ci tədris ili üzrə olan məlumatlara əsasən, Azərbaycan ali məktəblərində 5007 nəfər əcnəbi tələbə təhsil alır.

Ölkədəki əcnəbi tələbələrin 2152-si Azərbaycan Tibb Universitetində, 627-si Azərbaycan Memarlıq və İnşaat Universitetində, 417-si isə Bakı Dövlət Universitetində təhsil alır.

Qalan əcnəbi tələbələrin təhsil aldığı ali təhsil müəssisələri Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Naxçıvan Dövlət Universiteti, Qafqaz Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan İqtisad Universiteti və s-dir.

Azərbaycanda təhsil alan əcnəbilər daha çox Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Türkmənistan və Çindən gələn tələbələrdir.