XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 April 2017 - 11:25

Səfir:"Azərbaycanın qeyri-neft sektoruna ən böyük investisiyaları Türkiyə yatırır"

Azərbaycanın qeyri-neft sektoruna ən böyük investisiyaları Türkiyə şirkətləri yatırır.

Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Türkiyə-Azərbaycan iş adamları və sənayeçiləri İctimai Birliyinin (TÜİB) Ümumi Şurasının bu gün keçirilən iclasında deyib.

Diplomat bildirib ki, Türkiyə şirkətləri Azərbaycanda 10 minlərlə iş yeri açaraq iqtisadiyyata önəmli dəstək verir.