XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 November 2015 - 20:03

AFFA 4 klubu cəzalandırdı

AFFA-nın İntizam Komitəsi “Neftçi”, “Rəvan”, “Sumqayıt” və “Xəzər Lənkəran” klublarını cəzalandırıb.

Premyer Liqasının XI turunda “Sumqayıt” ilə səfərdə oyununda “Neftçi”nin 6 futbolçusu sarı vərəqə aldığı üçün klub min manat məbləğində cərimələnib.

Oyun başa çatdıqdan sonra “Sumqayıt”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atılması klubun iki min manat məbləğində cərimələnməsi ilə nəticələnib.

“Rəvan”–”Xəzər Lənkrəran” matçının 80-ci dəqiqəsində qonaq komandanın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edilməsinə görə hər iki kluba min manat ödəməli olacaq.