XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

03 Noyabr 2015 - 23:02

Suriyada SEPAH-ın daha iki komandiri öldürüldü

sepah-1.jpg

Suriyadakı hərbi əməliyyatlarda iştirak edən İranın İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) daha iki komandanı – İzətullah Süleymani və Seyid Səccad Hüseyni həlak olublar. Hər iki hərbçi İrana gətirilərək, artıq dəfn ediliblər.

Strateq.az İran saytlarına istinadən bildirir ki, SEPAH komandirləri “Məhərrəm” adı verilən hərbi əməliyyat zamanı öldürülüblər.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl İŞİD döyüşçülərinin snayperlərdən istifadə etməklə, Suriyadakı yüksəkrütbəli İran hərbçilərini aradan götürmə taktikası seçdiklərini yazmışdıq. Verilən məlumata görə, artıq qısa müddət ərzində öldürülən İran hərbçilərinin sayı 30-u keçib.