XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Aprel 2017 - 17:53

Dünya Kubokunda daha iki növdəfinalçılar müəyyənləşib

Bu gün Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda gürz və lentlə fərdi hərəkətlərdə finalçılar müəyyənləşib.

Trend-in məlumatına görə, gürzlə hərəkətlərdə Neviana Vladinova (Bolqarıstan), Arina Averina və Aleksandra Soldatova (Rusiya), Viktoriya Filanovski (İsrail), Sabina Taşkenbayeva və Anastasiya Serdyukova (Özbəkistan), Alina Qornosko (Belarus) və Ana Luiza Florianu (Rumıniya) finala çıxıblar.

Azərbaycanlı gimnastlar Jalə Piriyeva və Zöhrə Ağamirova 15,750 və 15,700 xal yığaraq müvafiq olaraq, 9 və 12-ci yerləri tutublar və ehtiyat finalçı olublar.

Lentlə hərəkətlərdə Arina Averina və Aleksandra Soldatova (Rusiya), Alina Qornosko (Belarus), Neviana Vladinova və Boryana Kaleyn (Bolqarıstan), Viktoriya Filanovski və Nikol Zelikman (İsrail), və Alyona Dyaçenko (Ukrayna) finala çıxıblar.

Azərbaycanlı gimnastlar arasında ən yaxşı nəticəni Jalə Piriyeva göstərərək 11-ci yer tutub.

Bu gün Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarının ikinci gününə start verilib.

Yarışların ikinci günündə həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə təsnifat yarışları keçiriləcək.

Finallar isə turnirin son günü keçiriləcək.

Qeyd edək ki, aprelin 28-də Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarına start verilib. Aprelin 30-dək davam edəcək yarışlara 21 ölkədən 94 gimnast qatılıb. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edir.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.

Yarışlarda tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, yarışlarda 2 qat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı Zelikman Nikol (İsrail) və Rusiya (Olimpiya Oyunlarının qızıl medalçısı), İspaniya (Olimpiya Oyunlarının gümüş medalçısı), Bolqarıstan (Olimpiya Oyunlarının bürünc medalçısı), Belarus (dünya çempionatının bürünc mükafatçısı) qrup hərəkətləri komandaları iştirak edirlər.