XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

29 Aprel 2017 - 18:50

“Zirə” Avropa Liqasınavəsiqə qazanıb

Azərbaycan Premyer Liqasında bütün pillələrin sahibləri müəyyənləşib.

"Report" xəbər verir ki, bu, son turun artıq başa çatan ilk 3 oyunundan sonra məlum olub. "Zirə" autsayder AZAL-ı səfərdə 3:0 hesabı ilə yenərək, mövsümü 39 xalla 4-cü pillədə bitirib. Ayxan Abbasovun baş məşqçi olduğu komanda həm də Avropa Liqasına sonuncu vəsiqəyə sahib çıxıb.

"Zirə" ötən mövsümü gümüş medalla başa vursa da, UEFA lisenziyası ala bilmədiyi üçün Avroliqada çıxış edə bilməyib. Qarşıdakı mövsümdə isə belə problemin olmayacağı bildirilir.

Gəncədə "Kəpəz" "İnter"i minimal hesabla yenərək, 36 xalla 5-ci yeri tutub.

Nəhayət, "Sumqayıt" "Qəbələ"ni 2:1 hesabı ilə yenməsinə baxmayaraq, 35 xalla 6-cı pillədə qalıb.
Hazırda davam edən "Neftçi" – "Qarabağ" matçı isə turnir cədvəli baxımından heç bir əhəmiyyət kəsb etməyəcək. Ağdam komandası artıq çempionluğu rəsmiləşdirib. "Neftçi" isə yalnız 10 xala malik AZAL-ı qabaqlayaraq, 7-ci yeri tutub.
Qeyd edək ki, "Qəbələ" 52 xalla 2-ci, "İnter" 43 xalla 3-cü olub.

Azərbaycan Premyer Liqası
XXVIII tur
29 aprel (şənbə)
16:00. "Kəpəz” – "İnter” – 1:0
Qol: Dario Federiko, 49
Hakimlər: Rəhim Həsənov, Vüqar Bayramov, Azər Əsgərov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Füzuli Nəcəfov
Gəncə şəhər stadionu
İlk üç dövrə – 2:2, 0:0, 1:4
16:00. "Sumqayıt” – "Qəbələ” – 2:1
Qol: Amil Yunanov, 27. Mirabdulla Abbasov, 29 – Asif Məmmədov, 40
Hakimlər: İnqilab Məmmədov, İsgəndər Əliyev, Elşad Abdullayev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Murad Məmmədov
Sumqayıt. Şəhər stadionu
İlk üç dövrə – 0:2, 2:2, 1:1
16:00. AZAL – "Zirə” – 0:3
Qol: Elvin Məmmədov, 34. Milan Duriç, 54. Təmkin Xəlilzadə, 83-penalti ilə
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ramil Diniyev
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Əhmədağa Cabbarov
"AZAL Arena”
İlk üç dövrə – 1:3, 1:1, 1:2