XƏBƏR LENTİ

12 Avqust 2020

Digər Xəbərlər

30 Aprel 2017 - 09:01

Alman nazirdən Trampa:"Narahatlıq keçirirəm"

Qohumların birdən-birə yüksək vəzifəyə gətirilməsindən və onlara kral kimi davranılmasından narahatlıq keçirirəm.

Bu sözləri Almaniya Xarici İşlər naziri Ziqmar Qabriyel ABŞ Prezident Donald Trampın qızı İvankanın müşavir təyin edilməsi ilə bağlı açıqlamasında deyib.

“Bəzi şeylər qəribədir. Məsələn, İvankanın Almaniyaya gəlməsi dünya miqyasında baş vermiş bir olay kimi təqdim edilir”, – nazir bildirib.

Xatırladaq ki, mart ayında Tramp qızı İvankanı özünə müşavir təyin etmişdi.

İvanka bir neçə gün əvvəl Almaniyada kansler Angela Merkelin iştirak etdiyi beynəlxalq səviyyəli sammitə qatılıb. (Axar.az)