XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

30 Aprel 2017 - 11:56

Qırğızıstanda sürüşmə zonasında axtarışlarmüvəqqəti dayandırılıb

Qırğızıstanın Ov vilayətinin Ayu kəndində sürüşmə zonasında axtarış-xilasetmə işləri pis hava şəraiti ilə əlaqədar müvəqqəti dayandırılıb.

Bu barədə Qırğızıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Ötən gecə həmin əraziyə qar, səhər isə leysan yağış yağıb. Mürəkkəb hava şəraiti axtarış işlərinin aparılmasını çətinləşdirir və yeni torpaq sürüşməsi ehtimalı olduğu üçün xilasedicilərin həyatına təhlükə yaradır.  

Qeyd edək ki, aprelin 29-da yerli vaxtda saat 07.20 radələrində Oş vilayətinin Ayu kəndində güclü torpaq sürüşməsi baş verib, 24 nəfər torpaq kütləsi altında qalıb. Hələ ki, axtarış-xilasetmə işləri nəticə verməyib. Qırğızıstan prezidenti Almazbek Atambayevin sərəncamı ilə  24 nəfərin ölməsiylə əlaqədar bu gün – 30 aprel ölkədə milli matəm elan edilib.  (APA)