XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

30 Aprel 2017 - 13:06

Tramp Obamanı söyən prezidentiAğ Evə çağırdı

ABŞ Prezidenti Donald Tramp Filippin lideri Rodriqo Duterte ilə telefonla danışıb.

Bu haqda Ağ Ev məlumat yayıb.

“Bu, dostcasına bir söhbət idi, liderlər Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ACEAH) regional təhlükəsizlik, o cümlədən Şimali Koreya təhdidi kimi problemlərini müzakirə ediblər”, – deyə Ağ Evin rəsmi Tvitter səhifəsində qeyd edilir.

Tramp həmkarının narkotiklə mübarizədə uğurlarını alqışlayıb.

“Prezident Tramp Prezident Duterte ilə Alyansda ABŞ-Filippin münasibətlərinin önəmi barədə danışıb və bu əlaqələrin pozitiv istiqaməti vurğulanıb”.

Qeyd edək ki, Duterte ABŞ-ın keçmiş lideri Barak Obamanın ünvanına kəskin ifadələri ilə uzun müddət gündəmdə olmuşdu. (Axar.az)